Ukrayna Rusiya kişilərinə qoyulan qadağanı götürdü

 
Ukrayna Rusiyadan 16-60 yaşlı kişilərin ölkə ərazisinə girişinə qoyulmuş qadağanı ləğv edib, bununla belə, sərhədçilər onları gücləndirilmiş rejimdə yoxlamağa davam edəcəklər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisinin köməkçisi, mətbuat katibi Oleq Slobodyan deyib.
 
O bildirib: “Miqrasiya riski siyahısından olan 70 ölkə vətəndaşlarının Ukraynaya girişlərinə xüsusi diqqət ayırırıq. Rusiya bu baxımdan birinci yerdədir. Rusiyadan kişilərin girişinə qadağa götürülüb. Lakin Dövlət Sərhəd Xidməti Rusiyanın bütün vətəndaşları ilə ikinci nəzarət xəttini həyata keçirir, onların Ukraynaya səfərlərinin məqsədini dəqiqləşdirir. Bundan sonra onların ölkəmizə girişlərinin məqsədəuyğunluğu barədə qərar qəbul olunur”. 

DİGƏR XƏBƏRLƏR

Top