Misirdə turistlərin olduğu avtobus partladıldı: 4 ölü, 10 yaralı

 
Qahirədə avtobusda törədilmiş terror aktı nəticəsində Vyetnamdan olan 4 turist həlak olub, daha 10 nəfər xəsarət alıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Misirin Daxili İşlər Nazirliyindən deyiblər.
 
Bildirilir ki, avtobus Qahirədə Giza piramidaları yaxınlığındakı yolların birində hərəkət edərkən əldəqayırma partlayıcı qurğu işə düşüb. Partlayıcı maddə yolun yaxınlığında olan maneənin yanına yerləşdirilib. İnsident nəticəsində, həmçinin iki misirli – sürücü və turizm firmasının nümayəndəsi xəsarət alıb. 

DİGƏR XƏBƏRLƏR

Top