Səhiyyə naziri: “Problemlər var”

 
“Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır”.

Bunu səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında deyib.

Nazir bildirib ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

O.Şirəliyev əlavə edib ki, hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir: “Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı düşüb. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin”. 
(Report)

DİGƏR XƏBƏRLƏR

Top