19 yaşadək futbolçulardan ibarət milli komandaya baş məşqçi təyin edildi


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub.

Yeniavaz.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.
39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.
Qeyd edək ki, S.Əliyev ötən mövsüm "Səbail”ə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top