Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı


Prezident İlham Əliyev Şahin Kərim oğlu Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Şahin Məmmədov Ağcabədinin icra başçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top