Bakıda iki nəfəri maşında güllələyənin kimliyi bəlli oldu


“Sputnik.az” hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, atəş açan şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İsmayılov hələlik tutulmayıb, əməliyyatçılar onun yaxalanması üçün iş aparır.

Məlumata görə həmin şəxs avtomobildəkilərə AK-74 avtomatından atəş açıb.

Qeyd edək ki, gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
10 TO 170 dövlət nömrə nişanlı “Hundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb. Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Faktla bağlı araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top