Bayram günlərində hava necə olacaq?


Bayram günlərinə - 2018-ci il dekabrın 31-nə və 2019-cu il yanvarın 1-nə olan ilkin proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-10, 31-dən yanvarın 01-nə keçən gecə 2 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top