Nizami rayonunda günün üçüncü hadisəsi - Boğazını kəsərək özünü öldürdü


Bakıda daha bir intihar faktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanında, Nizami rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən "Tayqa" kafesində baş verib. Rusiya vətəndaşı, 1950-ci il təvəllüdlü Cəfərağa Sultan oğlu Hüseynov kafedəki otaqlardan birində boğazını kəsərək özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, mərhumun cibindən məktub tapılıb. O, intihar etməzdən əvvəl yazmış olduğu məktubda övladlarından bağışlanmasını istəyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bu son 24 saat ərzində paytaxtın Nizmai rayonunda baş verən 3-cü ağır hadisədir. Belə ki, ötən gecə Nizami rayonunda iki nəfər güllələnib, daha bir nəfər isə özünü binadan ataraq öldürüb.(open.az)

DİGƏR XƏBƏRLƏR

Top