“Tramadol hidroxlorid”in istifadəsi məhdudlaşdırılıb


Azərbaycanda güclü təsir edən “tramadol hidroxlorid” maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılıb. 

Bu məsələ parlamentin payız sessiyasının sonuncu plenar iclasında müzakirəyə çıxarılan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb.

Belə ki, hazırda “tramadol hidroxlorid” 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən, “100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və “tramadol hidroxlorid” bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.

Qeyd edək ki, “tramadol hidroxlorid” ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir.

Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsirə malik maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir. 

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top