Qapalı yerlərdə siqaret çəkənlərin cərimələnməsinə başlanıldı - REYDDƏN FOTOLAR


Mingəçevir polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının almaq, qapalı məkanlarda siqarət çəkənləri aşkarlamaq məqsədi ilə reyd keçirib.

Yeniavaz.com xəbər verir ki, şəhərin müxtəlif  ünvanlarında keçirlən tədbir zamanı, polis əməkdaşları yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və market aşkarlayıblar. Satıcılar müştərilərin azyaşlı olmasını müxtəlif bəhanələr gətirib seçə bilmədiklərini bildirsələrdə, cərimələrdən yayına bilməyiblər.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərdə fəaliyyət göstərən çayxana və çay evlərinə də baxış keçiriblər. Reyd zamanı qapalı şəraitdə bir neçə müştərinin tütün məmulatları qəbul etdiyi aşkarlanıb.
DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağandır. Regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdiriləcək. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top