
Qax rayonunun Baydarlı kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.