Bakıda iki nəfər maşında güllələndi - VİDEO


Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
10 TO 170 dövlət nömrə nişanlı “Hundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb. Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top