İran Qasım Süleymaninin ölümünü təkzib edib

İran rəsmi olaraq İran İslam keşikçiləri korpusunun xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürüldüyü barədə xəbəri təkzib edib.

İranın rəsmi “Fars News” agentliyi İsrail mediası tərəfindən yayılan informasiyanın yalan olduğunu bildirib.

“İrana qarşı çıxış edən mətbuat general Q.Süleymaninin həlak olması barədə məlumat yayıb. “Əl-Qüds” xüsusi təyinatlı birliyinin rəhbəri bu gün (dünən-red.) İran Xomeyni məscidində olub”, - deyə agentliyin məlumatında deyilir.

“Fars News” agentliyi Q.Süleyaminin İranın digər yüksək vəzifəli hərbçiləri və siyasətçiləri ilə fotosunu da nümayiş etdirib. Həmin məmurlar İran Ali dini rəhbəri yanında məsləhətçi orqan sayılan Məqsədyönlü qərarların qəbul olunması şurasının sədri Mahmud Haşemi Şahrudinin dəfnində iştirak ediblər.

Daha öncə İsrail mediası dekabrın 25-də İsrailin Dəməşqdə həyata keçirdiyi aviabombardman zamanı 3 yüksək rütbəli İran zabitnin öldüyünü xəbər etmişdi. Onlardan birinin məhz Qasım Süleymani olduğu deyilirdi.(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top