Türkmənistan Prezidentinin təyyarələri “gizlədildi”

 
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun təyyarələrinin hərəkəti barədə məlumat bütün dünya üzrə təyyarələrin yerdəyişməsini izləyən “Flightradar24” onlayn-servisində daha açıq şəkildə dərc edilmir. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, daha əvvəl onlayn-servisin köməkliyi ilə Q. Berdıməhəmmədovun  iki təyyarəsini - Boeing 737-7GL (göyərtə nömrəsi  EZ-A007) və Boeing 777-22K(LR) ( göyərtə nömrəsi EZ-A777) izləmək olurdu. Prezident təyyarələrinin yerdəyişməsi barədə informasiya 2018-ci ilin noyabrından bəri yenilənməyib. “Flightradar24”dan bildiriblər ki, həmin laynerləri haqqında məlumat bloka alınıb. Servisin nümayəndəsi qeyd edib ki, bu, adətən sahibin sifarişi əsasında baş verir. Bildirilir ki, Türkmənistan Prezidentinin təyyarələri 2018-ci ildə Almaniyaya elan edilməmiş bir neçə uçuş həyata keçirib. Belə ki, Q.Bedıməhəmmədovun Boeing 737-7GL təyyarəsi iyunda üç dəfə - 10-u, 14-ü və 26-sı- Almaniyaya eniş edib. Oktyabrda da hava gəmisi Almaniyaya iki dəfə enib. Hərçənd Türkmənistan nümayəndə heyətinin və ya Q. Berdıməhəmmədovun Almaniyaya səfərləri barədə məlumat yayılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top