Yaxın günlərdə Bakıdan Gəncəyə saatda 160 kilometr sürətlə getmək olacaq


Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Qeyd edək ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top