Əcnəbi turistlərin Azərbaycanda nə qədər pul xərclədikləri AÇIQLANDI


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,  gələnlərin 31,1%-i Rusiya, 20,9%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,6%-i İran, 3,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 1,5%-i İsrail, 17,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  1 milyard 195,5  milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 252 milyon manat və ya 27% artıb.
Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 76,2 milyon manat təşkil edib və ötən ilin noyabr ayı ilə müqayisədə 6% artıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top