“Googel” şirkəti “Böyük Kürdüstan” xəritəsini sildi


“Google” Türkiyənin tələbi əsasında “Böyük Kürdüstan” xəritəsini silib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə torpaqlarının bir hissəsini də əhatə edən “Böyük Kürdüstan” xəritəsi “Google”dan silinib. Xəritəyə baxmaq istəyənlər “Bu xəritə istifadə qaydalarını pozduğuna görə artıq əlçatan deyil” sözləri ilə qarşılaşır. “Böyük Kürdüstan” xəritəsi Türkiyənin cənub-şərq bölgəsini də özündə ehtiva edirdi. Türkiyənin etirazlarından iki gün sonra xəritədən istifadə dayandırıldı. Sözügedən xəritəyə silinməmişdən əvvəl təxminən 2 milyon dəfə baxılıb.  

DİGƏR XƏBƏRLƏR

Top