
Türkiyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sisteminin sirrlərini ABŞ-ın araşdırmasına icazə verməyəcək.
Bunu Türkiyənin Xarici İşlər Nazirliyi “S-400” sistemini ABŞ-ın araşdırmasına təqdim edəcək” iddiasına cavab olaraq deyib.
Bildirilib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-a “S-400” sistemlərini araşdırmaq üçün şərait yaratmayacağı ilə bağlı Rusiya diplomatını əmin edib.
Qeyd edək ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.(report)