Paşinyan Moskvaya getdi


Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya rəsmi səfərə gedib. 

Bununla bağlı Ermənistanın Rusiyadakı səfirliyinin “Facebook” hesabında məlumat verilib. 

Səfər çərçivəsində Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Görüş zamanı liderlər ikitərəfli münasibətlər, Avrasiya məkanında birgə inteqrasiya sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top