Ərdoğana qarşı sözlərə görə telekanallara cəza və cərimələr verildi



Türkiyənin Radio və Televiziya Ali Şurası (RTAŞ) sənətkarlar Metin Akpınar və Müjdat Gezenin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana dediyi sözlər səbəbi ilə “Halk TV”yə, televiziya aparıcısı Fatih Portakalın “etiraz” çağırışına görə isə “Fox TV”yə cəza verib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, RTAŞ-yazılı açıqlamasına əsasən, Uğur Dündarın “Halk Arenası” proqramında Müjdat Gezen “bax Rəcəb Tayyib Ərdoğan, sən mənim, bizim vətənpərvərliyimizi sınaya bilməzsən, həddini bil”, Metin Akpınarın isə “Bəlkə liderini ayağından asarlar, bəlkə zirzəmilərdə zəhərlənərək ölür” ifadələrini işlədib. Bildirilir ki, sözügedən ifadələr tənqid sərhədlərini aşıb, cəmiyyəti kin və düşmənçiliyə təşviq edib. Bu səbəbdən “Halk TV”yə 5 dəfə proqramı dayandırma cəzası və cərimə verilib. Bundan başqa, yenə Uğur Dündarın təqdim etdiyi “Halk Arenası” verilişində Yılmaz Özdilin “Tayyib Ərdoğan bir pivə içsəydin, bu gün daha yaxşı Türkiyə olardı” sözü tamaşaçıları alkoqoldan istifadəyə, alkoqolun yaxşı bir şey olduğunu düşünməyə təşviq etməsi səbəbilə “Halk TV”yə 3 dəfə proqramı dayandırma cəzası və cərimə verilir. “Fox TV”nin “Ana Haber” verilişininin aparıcısı Fatih Portakal isə “Gəlin dinc aksiya üçün etiraz edək, bahalaşmaya etiraz edək, təbii qaz artımını gəlin görək. Edək. Edə biləcəyikmiyik?” ifadələrini işlətdiyinə görə telekanalın həmin verilişinin yayımı 3 dəfə dayandırılır  və cərimə tətbiq edilir. 

DİGƏR XƏBƏRLƏR

Top