Xaricə qaçan məmur 3 milyon avro pulu evdə unutdu - Rusiyada


Rusiyanın “Qazprom Promqaz” şirkətinin keçmiş rəhbəri Aleksandr Karaseviç beynəlxalq axtarışa verilib. Bu barədə qərarı Rusiya İstintaq Komitəsi çıxarıb.

İstintaqın gəldiyi qənaətə görə, Karaseviç regionların qazlaşdırılması layihəsini həyata keçirən zaman 2 milyard rubl (təxminən 30 milyon dollar) vəsaiti mənimsəyib.

Nəticədə, nə regionlarda qaz, nə də ölkədə Aleksandr Karaseviç var.

Maraqlıdır ki, xaricə qaçmış keçmiş məmurun evində kisələrə doldurulmuş 3 milyon avro tapılıb. Karaseviçin Rusiyadan qaçarkən bu pulları unutduğu güman edilir.(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top