Bakıda qeyri-adi yol "nişan"ı - Hüquqşünas: "Bunu bura qoyanı tapmaq lazımdır"


"Mənə bu fotonu göndərib bu "nişan"ın nəyi ifadə etdiyini soruşurlar. Qısaca, bu gördüyünüz (buna nişan deməzlər) təfəkkürsüzlüyü ifadə edir. Belə nişan yoxdur, ola bilməz". Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
"Ayrıca deyim ki, hazırda ölkəmizdə yol hərəkətinin təşkili üzrə rəsmi səlahiyyəti olan qurumların (BNA və DYP) belə elementar səhv edə bilməsi inandırıcı deyil. Orada çalışanlar qanunda hansı nişanlar olduğunu bilirlər. Belə cəfəngiyyata yol verməzlər. Amma mütləq onu bura qoyanı tapmaq lazımdır. Maraqlıdır, görək belə özbaşınalıq edən kimdir?",-deyə Ərşad Hüseynov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top