Tanınmış jurnalistin qızı beynəlxalq müsabiqə qalibidir


Başa çatmaqda olan ildə MDB üzvü olan respublikaların məktəbliləri arasında ədəbi müsabiqə keçirilib.
Yeniavaz.com saytı xəbər verir ki, bu yarışmaya respublikamızdan F. Köçərli adına Respublika Uşaq Kitabxanası dəstək verib.
Müsabiqənin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin inkişafına, istedadlı uşaqların axtarılıb üzə çıxarılmasına, onların yaradıcılığının artırılmasına, özünü ifadə və inkişafına, qabiliyyətli uşaqların öz milli mədəniyyətinin mənəvi əsaslarına yiyələnməsinə nail olmaqdır. Bundan əlavə, yazarın müasir nağıllarla oxucunu öz ölkəsinə səyahətə aparmaq, onu doğma yurdun gözəllikləri ilə tanış etmək vəzifəsi qoyulub.
Müsabiqə iştirakçılarından ölkəmizi təmsil edən Bakı məktəbliləri Ayla Məlikova (11-14 yaş üzrə) və Sahib Fətiyev (7-10 yaş üzrə) qalib adını qazanıblar.
Qalib yazılar Moskvada kitablaşdırılıb.
"Nağıllarla səyahət" adlı bu kitab Aylanın "Salam, Bakı" nağılı ilə başlayır. Rus dilində qələmə aldığı yazıdan Aylanın maraqlı yazı üslubuna, bədii təfəkkürə və intellektual düşüncəyə sahib olduğu açıq-aydın görünür.
 Xatırladaq ki, Ayla bu ilin yanvarında dünyasını dəyişmiş tanınmış jurnalist Nicat Səmədoğlunun qızıdır.
  Aylaya və Sahibə təhsildə, ədəbi axtarışlarında və həyatda yeni-yeni uğurlar arzulayırıq.

DİGƏR XƏBƏRLƏR

Top