Ermənistanda 15 min nəfərin banklara olan 40 milyon dollar borcu silindi


Ermənistanda banklar vətəndaşların 7 milyard dram (təqribən 38,5 milyon dollar) məbləğində cəriməsini bağışlayıb. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazir vəzifəsinin səlahiyyətlərini icra edən Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirib: “Tərəfimizdən həyata keçirilən qanunvericilik dəyişiklikləri nəticəsində Ermənistan bankları 14 963 borclunun ümumi məbləği 7 milyard dramdan çox olan cərimə və penyanı bağışlayıb. 124 min vətəndaşın kredit tarixçəsinə yenidən baxılıb. Bu proses davam edir. N. Paşinyanın sözlərinə görə, çarəsiz kreditləri olan vətəndaşlar cərimələr və penyalar üzrə razılıq əldə etmək üçün banklara getməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top