
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan daha bir vəzifədən məhrum edilib.
Sarqsyan Yerevan Dövlət Universitetinin Qəyyumlar Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Bununla bağlı universitetin rektoru Aram Simonyan məlumat verib.
O bildirib ki, şuranın növbəti iclasının keçiriləcəyi vaxt məlum deyil:
“İlk növbədə, hökumət şuranın yeni tərkibini təsdiq etməlidir”.(oxu.az)