Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı

Gədəbəydə dəhşətli hadisə baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Sakinlər şəhər ərazisində güclü partlayış səsi eşidiblər. Dərhal hadisə yerinə təcili tibbi yardım, polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə yerindən bir nəfər yaralı dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı dünyasını dəyişən şəxsin rayon sakini, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov olması müəyyən edilib. O, "F-1" əl qumbarasını əlində partladaraq intihar edib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Onu da qeyd edək ki, intihar edən N. Bayramov peşə liseyində idman müəllimi olub.(open.az)

DİGƏR XƏBƏRLƏR

Top