
Hazırda "Kristal Palas"da çıxış edən Vilfried Zaha Çindən təklif alıb.
Alman mütəxəssis Bernd Şusterin başçılıq etdiyi "Dalian Yifanq" Kot-d'İvuardan olan hücumçunu heyətinə qatmaq istəyir. Asiyalılar Zaha üçün "Kristal Palas"a 50, futbolçunun özünə illik 15 milyon avro maaş təklif edir.
Afrikalı futbolçu hazırda Premyer Liqada həftəlik 150 min funt-sterlinq (təxminən 167 min avro) maaş alır. Çin klubu isə ona bundan 3 dəfə artıq maaş təklif edir.
Qeyd edək ki, 26 yaşlı hücumçu bundan əvvəl "Mançester Yunayted" və "Kardiff Siti" klublarında çıxış edib. O, cari mövsümdə oynadığı 18 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.(qaynarinfo)