Yeniyetmələrə siqaret satan beş mağaza cərimələndi


Dekabrın 25-də Daxili İşlər Nazirliyin (DİN) Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Yeniavaz.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, reydlər nəticəsində Xətai rayonu ərazisində iki, Səbail rayonu ərazisində isə üç mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Belə ki, Nigar Rəfibəyli küçəsi 25 ünvanında fəaliyyət göstərən obyektin sahibi, paytaxt sakini Elşən Qurbanəliyevin məktəbliyə tütün məmulatı satması müəyyən olunub.

Reyd zamanı Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən köşkün satıcısı Murad Göyüşovun da yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması polislər tərəfindən aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların beş satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

DİGƏR XƏBƏRLƏR

Top