
Ukraynada hərbi vəziyyətin fəaliyyəti dayandırıldı. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib. Prezident bildirib ki, bu onun qəti qərarıdır: “Qərar təhlükəsizlik sahəsində mövcud vəziyyət təhlil edildikdən sonra qəbul olunub. Vətəndaşların seçmək və seçilmək hüququnu məhdudlaşdırmaq istəmirəm”. P.Poroşenko əmin edib ki, ölkədə prezident seçkiləri əvvəl planlaşdırıldığı kimi 2019-cu il martın 31-də keçiriləcək. Xatırladaq ki, ölkədə hərbi vəziyyət noyabrın 26-da 10 vilayətində 30 gün müddətinə tətbiq edilmişdi. Buna səbəb noyabrın 25-də Kerç boğazında baş vermiş insident olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz