Bakıda dərsdən sonra evə qayıtmayan şagirdlə bağlı AÇIQLAMA


Bakının 230 nömrəli tam orta məktəbi dərsdən sonra evə geri qayıtmadığı bildirilən şagirdi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, məktəbin "8 b" sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də V dərsin sonuna qədər məktəbdə olub. VI dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib. Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib:

"Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailədə problemlər var. Şagirdin ata və anası ayrılıb. Sonradan anası yenidən ailə qurub. Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. Polisdən və valideynlərdən verilən məlumata əsasən, dünən şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar".(Trend)

DİGƏR XƏBƏRLƏR

Top