Azərbaycanda 1 371​ orta məktəbdə telefon yoxdur - RƏSMİ


Azərbaycanda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin 4 189-da və ya 94,7%-də kompüter mövcud olsa da, onlardan yalnız 2 380-nin və ya 56,8%-nin internetə çıxışı var.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə kompüterlərin mövcud olduğu 4 189 orta məktəbdə ümumilikdə 70 432 ədəd kompüter olub. Bu, həm də o deməkdir ki, orta məktəblərdə 30 427 ədəd kompüterin internetə çıxışı yoxdur.
Açıqlanan rəqəmlərdən belə görünür ki, məktəblərdə internetin olmamasının əsas səbəblərindən biri telefon xəttinin olmaması ilə bağlıdır. Belə ki, ölkədə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin 31%-i və ya 1 371-i telefonla təmin olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top