Mənzilləri oğrulardan necə qoruyaq? - VİDEO

İnsan üçün ən təhlükəsiz yerlərdən biri də onun şəxsi evdir. Hər kəs özünü evində rahat və mühafizə olunmuş kimi hiss edir. Amma heç kim mənzilindən pis hadisələrdən sığortalanmayıb. Yəni istənilən halda hər bir vətəndaş evinin təhlükəsizliyi üçün diqqət etməli olduğu məqamlar var.

Yeniavaz.com-un məlumatına görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Törədilən oğurluq hadisələrinin baş vermə motivinə baxdıq da, belə agah olur ki, sadə üsulla təhlükəsizliyi təmin etmək heç də çıxış yolu deyil. 

Ekspertlər deyir ki, müasirləşən və texnoloji yeniliklərin inkişafı dövründə primitiv yollarla mənzil və evlərin qorunmasını tam olaraq təmin etmək mümkün deyil. 

Gələcəyin layihəsi olan ağıllı evlərin tətbiqi ilə bu kimi neqativ halların qarşısını almaq olar.

“Əvvəl baha idi, amma indi bir seyf qapı qiymətindədi. Ona görə, də ağıllı evləri tətbiq etməklə bu kimi problemlərin də böyük bir qisminin qarşısını almaq olar. Ən azı evə kim daxil olubsa, neçə nəfər olubsa hamısını görmək olur”, - deyə ekspert Ramil Osmanlı bildirib.

Yaşayış sahələrinin qorunması üçün mühafizə sistemləri də mövcuddur. 

Siqnalizasiya sistemlərinin tətbiqi ilə, baş verə biləcək istənilən müdaxilə zamanı əvvəlcədən xəbər tutula bilər və bu məlumatlar mühafizə polisinin nəzarəti altında həyata keçirilir.

Bu kimi vasitələrin rolu danılmazdır. Amma insanın özünün məsuliyyəti və diqqəti bundan da vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top