Mərkəzi Bank qiymət artımı ilə bağlı proqnozunu AÇIQLADI


Son iki ayda inflyasiyada azalma meyili davam edir.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin 11 ayında orta illik inflyasiya 2,3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır.
Mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0,6% səviyyəsində qərarlaşıb.
İnflyasiya gözləntiləri və proqnozlar. İstehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib.
Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalıb, qeyri-neft emal sənayesi və tikintidə artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir. 
Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2,3% ətrafında qərarlaşacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top