Sunamidə anası, oğlu və arvadı arasında seçim etməli oldu

 
İndoneziyanın Sumatra adasının sakini Udin Axok qorxunc seçim qarşısında qalıb: sunamidən anasını, 1 yaşlı uşağını, yoxsa həyat yoldaşını xilas etsin.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, sunami evə yaxınlaşanda bütün ailə yatmışdı.
O bildirib: “Dalğalar anidən evə doldu və dərhal evim dağıldı. Oyananda 70 yaşlı anamın və 1 yaşlı oğlumun köməyinə qaçdım, lakin bu zaman gördüm ki, arvadım batmağa başlayır, ilk növbədə onu evdən çıxarmağa tələsdim. Həyat yoldaşımı evdən çıxardıqdan sonra ailəmin digər üzvlərinin arxasınca qayıtdım, lakin onlara kömək etməyə macal tapmadım”.
Udin Axokinin anası və uşağı dağılan binanın uçqunları altında həlak olublar.
Xatırladaq ki, dekabrın 22-də sunami İndoneziyanın Zond boğazı sahillərini cənginə alıb. Təbii fəlakət nəticəsində azı 429 nəfər həlak olub, 150-dən çox adam  itkin düşüb, 1,4 min nəfər müxtəlif dərəcəli xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top