
Mingəçevirli stomatoloq bir neçə ildir şəhid ailələrinin, çernobıl əlillərinin, Qarabaq qazilərinin dişlərini təmənnasız çəkir. Yeniavaz.com xəbər verir ki, Məmmədov Yasin Abdulla oğlu Mingəçevirdə gənc stomatoloqlardan biridir. Onun atası da diş həkimi olub.
Atası Abdulla həkim Çernobıl qəzasının iştirakçısı idi. Atası da həmişə imkansızlara, şəhid ailələrinə pulsuz xidmət göstərirdi. Oğluna da bunu tövsiyə edib.
Atadan oğula keçən ənənə bu gün də davam edir. Yasin atasının arzularını həyata keçirir. İşlədiyi 5 il müddətində şəhid ailələrinə, müharibə veteranlarına, çernobl iştirakçılarının ailələrinin dişlərini təmənnasız çəkir: “Bu yolu atamdan öyrəndim. O, bizə nümunə idi, hər kəs sevirdi. Mən də ona baxıb diş həkimi olmaq qərarına gəldim. Pul hər şey demək deyil. Düzdür, bir dişi 10 manata çəkirik, amma bu insanların bəlkə o pula daha çox ehtiyacları var. Onların xeyir-duası mənə bəs edir”.
“Bizim işimizi pasiyentlər qiymətləndirir. Mən özümü tərifləmək niyyətində deyiləm. Hər bir pasiyent getdiyi yerə diqqət yetirməlidir. İşlətdiyimiz bütün alətlərə cavabdehik. Avadanlıqlarımız müasir səviyyədədir. Bir həkim kimi hər an yeniliyə can atıram”,-deyə Yasin Məmmədov vurğulayıb.
Esmira Hidayətova, Mingəçevir

Tətbiqimizi yükləyə bilərsiniz