Netanyahu “tunel” əməliyyatından danışdı: qeyri-adi iş görülüb

 
İsrail hərbçiləri Livanın “Hizbulla” hərəkatının tikdiyi diversiya tunellərinin tapılması və məhv edilməsi üzrə əməliyyatı praktiki olaraq başa çatdırıblar. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
 
İsraillilər üç həftə ərzində şimal sərhədi ətrafında dörd belə tunel aşkarlayıblar, azı iki yeraltı keçidi isə neytrallaşdırıblar. Tunellər silahlıların İsrail ərazisinə keçirilməsi üçün nəzərdə tutulub.  Onun sözlərinə görə, “Hizbulla”nın tunel silahını neytrallaşdıran qeyri-adi iş görülüb: “Onlar tunelin qurulmasına çoxlu əmək sərf ediblər, biz isə onların səylərini heçə endirdik”.
 
Qeyd edək ki, “Şimal qalxanı” adını almış əməliyyat İsrail ərazisində mühəndis işləri qismində aparılır. Hərçənd ordu “Hizbulla”nın cavab tədbirlərindən ehtiyat edərək şimail dairəsindəki hissələrin hərbi hazırlığını yüksəldib və ora əlavə qüvvələr göndərib. 

DİGƏR XƏBƏRLƏR

Top