Bakının bu rayonunda su olmayacaq


Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 25 dekabr 2018-ci il tarixində saat 22:00-dan etibarən Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq. Yeniavaz.com xəbər verir ki, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top