Çaydanın ərpini 5 dəqiqəyə təmizləmək olurmuş - SADƏ ÜSUL, FOTOLAR


Çaydan evlərimizdə ən çox istifadə edilən mətbəx alətlərindən biridir. Günün əksər saatlarında çaydanlar evlərimizdə qaynar vəziyyətdədir. Mütəmadi istifadə nəticəsində yeni alınan çaydanlar da bir müddət sonra parlaqlığını itirir, içi isə ərp bağlayır.
Buna görə hətta tez-tez çaydan dəyişməyə məcbur qalanlar da var. Bəzi insanlar isə çaydanların qiyməti baha olduğundan onu tez-tez dəyişmir, necə var elə istifadə edirlər. Bu işdə əsas əziyyət isə xanımların üzərinə düşür. Çünki onlar çaydandakı ərpi asanlıqla təmizləməyin yolunu bilmirlər. Halbuki bu, çox asan imiş.
Yeniavaz.com saytı xarici KİV-ə istinadən bildirir ki, çaydandakı ərpi təmizləmək üçün 2 xörək qaşığı limon duzu və 2-3 bardaq su kifayətdir.
Əvvəlcə çaydanı içi boş vəziyyətdə qaz sobasının üzərinə qoyun və təxminən 2 dəqiqə gözləyin. Daha sonra 2 xörək qaşığı limon duzunu çaydanın içinə tökün. Üstünə qəfədanın ərpli hissəsi örtülənədək qaynar su doldurun. Təxminən 5 dəqiqə ərzində çaydan qazın üzərində qalsın və su qaynamağa başlasın. Çaydan çox ərplidirsə, müddəti bir az artırmaq olar. Bundan sonra qəfədanın ərplərinin qopmağa başladığını görəcəksiniz.


DİGƏR XƏBƏRLƏR

Top