Ərdoğan: Putinlə üz-üzə görüşəcəyəm


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Moskvaya səfər etmək niyyətindədir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, R.T. Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. O deyib: “Bu gün və ya sabah mənim həmkarlarım Moskvaya gedəcəklər, Suriyada baş verənləri müzakirə edəcəklər, bundan dərhal sonra güman edirəm ki, orada mənim Putinlə danışıqlarım olacaq. Fikrimcə, bu, üz-üzə görüş olacaq”. 
 

DİGƏR XƏBƏRLƏR

Top