Əziyyətlə övlad böyüt, axırı da belə... - Bu il qətlə yetirilən tələbələr - FOTOLAR


Xəbər verildiyi kimi, Bakıda tükürpədici qətl hadisəsi törədilib. Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakinləri olan 2 tələbə arasında baş verən mübahisə onlardan birinin qətli ilə nəticələnib.
Yeniavaz.com saytı 2018-ci ildə intihar edən, qətlə yetirilən tələbələrin siyahısını təqdim edir.

1. Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadə Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olub.
 
2. Dənizkənarı Milli Park ərazisində gənc şair Məlik Cahan özünü dənizə ataraq intihar edib. O, hadisədən əvvəl sosial şəbəkədə son şeirini və dəniz fotosunu paylaşıb. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin tələbəsi idi.
 
3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbəsi 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb. Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
 
4. Yevlax şəhər sakini, 18 yaşlı Ağa Əhmədli həmyaşıdı Namiq Nərmanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ağa Əhmədli tələbə olub.
 
5. Ağdaş şəhər sakini, Tərlan Hacıyev həmyerlisi Ətraf Nəsibovu qətlə yetirib. Ətraf Nəsibov Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi idi.
 
6. Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu qətlə yetirib.
Qətlə yetirilən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi imiş.

DİGƏR XƏBƏRLƏR

Top