Hansı ölkədə nə qədər nazir var? - SİYAHI


Ermənistan "Nazirlər Kabinetinin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişiklik və əlavələr etməyə hazırlaşır.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, qanuna edilən dəyişiklik təklifinə görə nazirliklərin sayının 17-dən 12-ə azaldılması istənilir.
Məlumat üçün bildirək ki, əgər təklif qəbul olunarsa region ölkələri arasında ən az nazirlik Gürcüstandan sonra Ermənistan da olacaq.  
Region ölkələri arasında ən çox nazirlik Rusiyadadır. Şimal qonşumuzda 22 nazirlik fəaliyyət göstərir. Bundan başqa bu ölkədə baş nazirin 10 müavini var.
Nazirliklərin sayının çoxluğuna görə 2-ci sırada İran yer alıb. İranda 18 nazirlik var və bunlar ölkə prezidentinə tabedilər. 18 nazirlə birgə İranda 12 vitse-prezident vəzifəsi də mövcuddur.
3-cü sırada Azərbaycan qərarlaşıb: 18 nazirlik və 5 nəfər baş nazirin müavini.
Hazırda Ermənistanda 17 nazirlik və 3 nəfər baş nazirin müavini fəaliyyət göstərir.
Türkiyədə 16 nazir vəzifəsi var və İranda olduğu kimi bu ölkədə də nazirlər prezidentə tabedir. İrandan fərqli olaraq Türkiyədə vitse-prezidentlərin sayı 1 nəfərdir.
Qazaxıstanda 15 nazirlik və 4 nəfər baş nazirin müavini var.
Gürcüstanda isə 9 nazir və 2 nəfər baş nazirin müavini fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top