
Bu gün Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısıda aksiya keçirilib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, əvvəlcə səfirlik önünə xeyli sayda insan toplaşıb. Onlar ölkədəki rusiyalı hərbçilərin hərəkətlərini qınayıblar və bildiriblər ki, bu cür addımlar Ermənistan vətəndaşlarının təhlükəsizliyinə təhdid törədir. Bu gün Rusiya səfirliyi qarşısında daha bir aksiyanın keçirilməsi planlaşdırılır. Növbəti aksiya isə “Ermənistanda anti-Rusiya təxribatlarına yox” və “Həmişəlik Rusiya ilə” şüarları altında keçiriləcək. Aksiyanı kommunistlər təşkil edəcəklər.