
Ankara Suriyanın şimalındakı Fərat çayının şərq sahillləri ərazisinə mümkün olduğu qədər tez girmək niyyətindədir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib: “Əgər Türkiyə deyirsə ki, Suriyaya girəcək, deməli elə də olacaq. Biz ABŞ-la Amerika qoşunlarının Suriyadan çıxarılmasını koordinasiya edəcəyik. Fəratın şərqinə mümkün qədər tez daxil olmaq istəyirik”. M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyadan getməsindən sonra yarana biləcək boşluğu terror qruplaşmalarının doldurmamasına yol verməmək üçün işləyir”.