
ABŞ Prezidenti Donald Tramp və onun xanımı Melaniya Santa-Klausun səyahətinin izlənilməsi üzrə aksiyada iştirak ediblər. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, aksiya çərçivəsindən istənilən uşaq Santa-Klausun yerini öyrənmək üçün təşkil edilmiş hərbi “qaynar-xətt”ə zəng edə bilər.
D. Tramp Koulman adlı 7 yaşlı oğlan uşağının zəngini qəbul edib. Bu söhbəti eşidən jurnalistlərin sözlərinə görə, Prezident deyib: “Sən hələ də Santaya inanırsan? Çünki 7 yaşında artıq gecdir, yox?”. Bundan sonra D. Tramp gülümsəyərək əlavə edib: “Di, həzz al”. M.Tramp isə zəng edənlərdən birinə deyib ki, Santa-Klaus Saxaradadır, artıq bir neçə dəqiqədən sonra başqa uşağa onun Mərakeşdə olduğunu bildirib.