İndoneziyada sunami qurbanlarının sayı 429 nəfərə çatdı



İndoneziyada Zond (Sunda) boğazının sahillərini cənginə almış sunami qurbanlarının sayı 429 nəfərə çatıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarə məlumat verib. Sunami İndoneziya sahillərini ötən həftənin şənbə günü vurub. Təbii fəlakət zonasında axtarış-xilasetmə və təxliyə işləri davam edir. İndoneziya hakimiyyəti bəyan edib ki, sunami sualtı sürüşmə nəticəsində yarana bilər. Bu ölkənin sualtı sürüşmədən və ya dənizdə vulkanlardan doğan sunamilər barədə erkən xəbərdarlıq sistemi yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top