Əfqanıstanda hökumət binasına hücum: ölənlərin sayı 43 nəfərə çatdı


Əfqanıstanın paytaxtı Kabildə hökumət binasına silahlı hücum olub.

Hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. Ölənlər arasında polis əməkdaşları da var.

Əraziyə cəlb edilən polis 357 nəfəri binadan təxliyə edib.

Bu barədə "Tolo News" telekanalı ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Madjruha istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı daha 10 nəfər yaralanıb.

Qeyd edək ki, ölənlər və yaralananların əksəriyyəti mülki vətəndaşlardır. Onlar arasında habelə polis əməkdaşları da var.(report)

DİGƏR XƏBƏRLƏR

Top