
Bu gün axşam saatlarında Bakı Metropoliteninin “28 May” stansiyasının əsas girişi müvəqqəti bağlanıb.
Yeniavaz.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb sərnişinlərin təhlükəsizliyini təmin etmək olub: "Saat 19:00 radələrində metroda sərnişin sıxlığı çox olduğundan təhlükəsizlik tədbirlərini gücləndirmək məsədilə əsas giriş 4-5 dəqiqəliyə bağlanıb. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının girişindən içəri buraxılıblar. Hazırda problem aradan qaldırılıb”.
Tətbiqimizi yükləyə bilərsiniz