Lukaşenko Rusiyadan izahat tələb etdi


Rəsmi Moskva neft sahəsindəki vergi manevrlərinin keçirilməsinə görə Minskə kompensasiya ödəməkdən imtina edir.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Şəxsən mənə və hökumətə söz verilmişdi. “Biz (Rusiya – red) heç vaxt Belarusda iqtisadi vəziyyətin pisləşməsinə yol verməyəcəyik və vergi manevrindən itkiləri kompensasiya edəcəyik”, - o bəyan edib.
“Sonra isə hər şey dayandı. Mən bu suala cavab tapmaq istəyirəm: danışıqlar niyə dayandırıldı?”, - Lukaşenko qeyd edib.

Onun hesablamalarına görə, Minskin itkiləri yaxın illərdə 10,5 milyard dollar təşkil edəcək.

“Bundan əlavə Rusiya və Belarus əvvəlki danışıqlara baxmayaraq, hələ də qazın qiyməti ilə bağlı razılığa gəlməyiblər”, - Belarus lideri qeyd edib.

“Cari ilin ortalarında biz qazın qiyməti ilə bağlı danışıqlara başlamalı idik və ilin sonuna qədər bu məsələ öz həllini tapmalı idi. Biz bu barədə Vladimir Vladimiroviçlə Sankt-Peterburqda danışmışdıq. Bundan əlavə vergi manevrləri ilə bağlı neft məsələləri də həll olunmalı idi. Lakin Rusiya bizim bütün təkliflərimizdən imtina etdi”, - Lukaşenko deyib.

Onun sözlərinə görə, Belarus tərəfi bu məsələni Moskvada danışıqlarda qaldıracaq.

Rusiya neft sahəsində vergi manevri barədə qanun Dövlət Duması tərəfindən 2018-ci ilin yayında qəbul olunub. 

Qanuna əsasən, 2024-cü ilə qədər neft və qaza 1oyulan ekspert rüsumları tədricən ləğv ediləcək, eyni zamanda faydalı qazıntıların hasilatına qoyulan vergi artırılacaq.

Buna qədər Belarus Rusiya yanacağını daxili bazar qiymətinə alırdı. Yeni dəyişikliklərdən sonra is, Minsk Rusiya neftini daha baha qiymətə alacaq.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top