Türkiyədə rusiyalı terrorçu saxlanıldı - Yeni il ərəfəsində terror planlaşdırmış


Türkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.

Saxlanılan şəxs Çeçenistan sakinidir.

Adı açıqlanmayan terrorçunun "Həyat Təhrir əş-Şam" terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.
Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.
(Trend)

DİGƏR XƏBƏRLƏR

Top