Prezident layihəni imzaladı: İki hakim işdən çıxarılır


Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.
Yeniavaz.com xəbər verir ki, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.
Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top